"Roma"nın qapıçısı Premyer Liqa klubunda

"Roma"nın qapıçısı Premyer Liqa klubunda
XƏBƏR 6 İyun 2013 / 00:26 2390
-  A +

İngiltərə Premyer Liqasının iştirakçısı "Fullham" "Roma"nın qapıçısı Marten Stekelenburqu transfer edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, uzun müddət danışıqlar aparılan hollandiyalı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Bunun üçün isə "Fulhem" klubu Roma təmsilçisinə 5 milyon avro ödəyib. Sözləşmədən sonra fikirlərini bildirən Stekelenberq burada olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib.

Qeyd edək ki, 30 yaşlı qapıçı son mövsüm A seriyasında 19 matçda forma geyib və qapısından 30 top buraxıb.

 

Daha çox


Son xəbərlər
topaz banner