"Fənərbaxça" "Zenit"in futbolçusunu aldı

"Fənərbaxça" "Zenit"in futbolçusunu aldı
XƏBƏR 5 İyun 2013 / 18:23 3301
-  A +

Türkiyənin “Fənərbaxça” klubu Rusiya “Zenit”inin və Portuqaliya milli komandasının futbolçusu Brunu Alveşi transfer edib.

Qol.Az-ın “Zenit”in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq iki klub arasında razılıq əldə olunub.
 
“Fənərbaxça”nın rəsmi saytı isə hazırda oyunçunun özü ilə danışıqların davam etdiyini yazıb.
 
Qeyd edək ki, Brunu Alveş karyerasına Portuqaliya “Porto”sunda başlayıb. O, 2010-cu ildə “Zenit”ə 22 milyon avroya transfer olub. 32 yaşlı müdafiəçi Portuqaliya milli komandasında 60 oyuna 8 qol vurub. Alveş millidə sonuncu qolunu martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup matçında Azərbaycan yığmasının qapısından keçirib. O, Bakıda keçirilmiş qarşılaşmada Portuqaliyanın ilk qolunun müəllifi olub. Oyun millimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.

Daha çox


Son xəbərlər
topaz banner