Sergey Yuran: "Rusiya Portuqaliyadan zəif deyil"

Sergey Yuran: "Rusiya Portuqaliyadan zəif deyil"
XƏBƏR 5 İyun 2013 / 17:21 1503
-  A +

Rusiya milli komandasının keçmiş hücumçusu və "Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuran iyunun 7-də baş tutacaq Portuqaliya - Rusiya matçı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Sportbox"a danışan təcrübəli mütəxəssis Rusiya millisinin Portuqaliyadan zəif olmadığını bildirib:

"Hər bir komanda özünün bir və daimi qol vuran hücumçusu olmasını istəyər. Portuqaliya yığmasında qol vuran futbolçu kifayət qədərdir. Lakin daimi qol vuran hücumçusu yoxdur. Onlar əsasən güclü yarımmüdafiə xəttinin və Kriştiano Ronaldonun sayəsində oynayırlar.

Ancaq bir məsələ var ki, mərkəzdə topa daha çox nəzarət edən komanda oyunboyu üstün olur. Düşünürəm ki, Rusiya millisi Portuqaliyadan zəif deyil. Biz artıq onları bir dəfə Moskvada məğlub etmişik. Təbii ki, Portuqaliya evdə oynadığı üçün meydana inamlı çıxacaqlar. Ancaq bizim futbolçular da arxayınlaşmamalıdırlar. Çünki qrupda ilk pillənin sahibi hələ müəyyənləşməyib".

Qeyd edək ki, Portuqaliya - Rusiya oyunu iyunun 7-də, Lissabonda Bakı vaxtı ilə saat 00:45-də keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner