"Çelsi"nin yeni baş məşqçisi təyin olunan Joze Mourinyo komandada artıq islahatlara başlayıb.
Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis hücumçu Fernando Torresi yeni mövsümdən komandasında görmək istəmir.
Mourinyo artıq Torresə əvəzləyici də tapıb. Belə ki, Mourinyo sabiq futbolçusu, hazırda isə PSJ klubunun şərəfini qoruyan Zlatan İbrahimoviçi "Çelsi"yə gətirməyi planlaşdırır. Təcrübəli mütəxəssis artıq bu barədə klub rəhbərliyinə məlumat verib.
Qeyd edək ki, Mourinyo 2008-2009-cu illərdə İbrahimoviçlə İtaliya "İnter"ində birgə çalışıb. İsveçli forvard ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 34 oyunda 30 qola imza atıb.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi