Türkiyənin “Beşiktaş” klubundan “Qəbələ” İdman Klubuna təşəkkür məktubu ünvanlanıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən II Qəbələ Kubokunun iştirakçılarından olan “Beşiktaş” məktub vasitəsilə təşkilatçılığa və qonaqpərvərliyə görə “Qəbələ”yə təşəkkürünü bildirib.
“28 may – 2 iyun tarixlərində Azərbaycanın Qəbələ şəhərində təşkil etdiyiniz II Qəbələ Kuboku Beynəlxalq Turnirində iştirak edən “Beşiktaş” U-15 komandasına turnir müddətində göstərdiyiniz qonaqpərvərliyə görə klubumuz adından təşəkkürü edirəm” – deyə “Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktarın məktubunda qeyd olunub.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi