Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidan yeni mövsümdən “Real”ın baş məşqçisi ola bilər. Qol.Az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
“Real”ın prezidenti Florentino Peres bildirib ki, Zidan məşqçi qismində faəliyyət göstərə bilər: "Onun müvafiq lisenziyası var. Həmçinin bizim klubun adamıdır. Düzdür, biz hələ baş məşqçiliyi Zidana verməklə bağlı müzakirə aparmamışıq. Çünki hər şeyin zamana ehtiyacı var. Amma onun baş məşqçi olacağı da istisna deyil”.
Xatıradaq ki, “Real” PSJ-ni çalışdıran Karlo Ançelottini heyətinə cəlb etmək istəsə də, Fransa klubu mütəxəssisi İspaniyaya buraxmaq istəmir. Digər namizəd, “Bavariya”nın sabiq baş məşqçisi Yupp Haykens isə artıq bəyan edib ki, yeni mövsümdə heç bir klubda işləməyəcək.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi