Yeni mövsüm üçün etdiyi transferləri ilə diqqət çəkən Fransanın "Monako" klubu daha iki futbolçuya "elçi" düşüb.
Qol.Az-ın məlumatına görə, "Monako" "Barselona"dan ayrılan Erik Abidal və "Qalatasaray"ın qapıçısı Fernando Muslera ilə güclənmək niyyətindədir.
Azad agent statusu alan Abidalın "Monako"ya keçidində heç bir problemin olmayacağı söylənilir. Lakin "Qalatasaray"ın Musleranın transferi üçün 20 milyon avro tələb etməsi "Monako"nun işini çətinə salıb. Fransa təmsilçisinin bu məbləği verib-verməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Monako" son olaraq "Atletiko" (Madrid) klubundan Radamel Falkaonu transfer etmişdi.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi