"Bir mövsümdə üç kubok qazanan ilk alman klubuyuq"

"Bir mövsümdə üç kubok qazanan ilk alman klubuyuq"
XƏBƏR 4 İyun 2013 / 16:47 1672
-  A +

"Bavariya" klubunun kapitanı Filip Lam ötən mövsümü dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Bild"ə açıqlamasında o, bu il çox yaxşı uğurlar əldə ediklərini deyib:

"Bir mövsümdə üç kubok qazanan ilk alman klubuyuq. Tarix kitablarına düşməyə layiq uğur əldə etdik".

Lam həmçinin bildirib ki, bu üç kubok "Bavariya"nın uğurlarının başlanğıcıdır: "Yeni mövsümdən dünyanın ən yaxşı baş məşqçilərindən biri olan Pep Qvardiola ilə çalışacağıq. Bavariya"nın futbolçularının hamısı çox yaxşı formadadırlar" - deyə müdafiəçi qeyd edib.

Daha çox


Son xəbərlər
topaz banner