Pepe üçün yeni klub

Pepe üçün yeni klub
XƏBƏR 4 İyun 2013 / 15:44 3523
-  A +

İngiltərənin "Mançetser Siti" klubu "Real"ın futbolçusu Pepeni transfer etməyə hazırlaşır.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, yeni mövsümdə İngiltərə klubunu çalışdıracağı gözlənilən Manuel Pelleqrini portuqaliyalı müdafiəçinin komandaya gətirilməsini istəyir. 30 yaşlı oyunçunun transferi üçün  Madrid klubuna 25 milyon avroluq təklif göndəriləcəyi bildirilir. Razılıq əldə olunarsa, Pepeyə illik 7 milyon avro ödəniləcək.

Qeyd edək ki, 2007-ci ildə "Portu"dan "Real"a transfer olunan müdafiəçi indiyə kimi 138 matçda forma geyib və 4 qol vurub.


Son xəbərlər
topaz banner