"Qalatasaray"ın iki futbolçusu İtaliya yolunda

"Qalatasaray"ın iki futbolçusu İtaliya yolunda
XƏBƏR 4 İyun 2013 / 14:56 3351
-  A +

"Qalatasaray" klubunun iki aparıcı futbolçusu Burak Yılmaz və Səlcuk İnana İtaliyadan təklif gəlib.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri İtaliya mətbuatı yayıb.

Daha öncə Burak Yılmazın transferi üçün İstanbula gedən "Napoli" klubunun idman direktoru Rikardo Biqon Səlcuk İnanı da istədiklərini bildirib. Neapol təmsilçisinin yüksək məbləğ təklif edəcəyi təqdirdə hər iki futbolçunun "Cim Bom"u tərk edəcəyi istisna olunmur.
 
Qeyd edək ki, "Napoli"nin eyni zamanda "Çelsi"dən Ramireslə də yaxından maraqlandığı bildirilir.


Son xəbərlər
topaz banner