Del Boske: "Kasilyasın ehtiyatda qaldığını görəndə..."

Del Boske: "Kasilyasın ehtiyatda qaldığını görəndə..."
XƏBƏR 4 İyun 2013 / 14:25 2431
-  A +

İspaniya milli komandasının baş məşqçisi Visente De Boske İker Kasilyasın ötən mövsümün ikinci yarısında "Real" (Madrid) klubunun əsas heyətindən kənarda qalmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Kasilyasın əsas heyətdə olmamasına çox təəccübləndiyini açıqlayıb:

"Kasilyasın ehtiyatda qaldığını görəndə çox təəccübləndim. Çünki buna inanmaq çox çətin idi. Hər kəs onun necə bir karyeraya malik olduğunu gözəl bilir. "Real"da nələrin baş verdiyindən xəbərim yox idi. Ancaq istənilən halda Kasilyasın ehtiyatda qalması heç də düzgün addım deyildi".

Qeyd edək ki, ötən mövsümün ikinci yarısında "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo Kasilyasa əsas heyətdə şans vermirdi. Bunun səbəbi isə müxtəlif amillərlə izah olunur.


Son xəbərlər
topaz banner