Perez Ronaldonun müqavilə yeniləməməsinə münasibət bildirdi

Perez Ronaldonun müqavilə yeniləməməsinə münasibət bildirdi
XƏBƏR 4 İyun 2013 / 12:41 2489
-  A +

"Real" (Madrid) klubunun prezidenti Florentina Perez Kriştiano Ronaldonun komanda ilə müqavilə yeniləməkdən imtina etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Punto Pelota"ya danışan Perez Ronaldonun hələ uzun müddət "Real"da qalacağını deyib:

"Bu, sizin sandığınız kimi deyil. Ronaldonun hələ "Real"la daha iki illik müqaviləsi var. İnanıram ki, o daha uzun illər "Real"da qalacaq. Biz onunla Çempionlar Liqasında 10-cu çempionluğumuzu yaşayacağıq. Özü də bunu yaxın gələcəkdə edəcəyik".

Qeyd edək ki, 2009-cu ildən "Real"ın şərəfini qoruyan Ronaldo keçirdiyi 199 oyunda 201 qola imza atıb.


Son xəbərlər
topaz banner