Oskar Kardozo "Fənərbaxça"nın hədəfində

Oskar Kardozo "Fənərbaxça"nın hədəfində
XƏBƏR 4 İyun 2013 / 12:03 2263
-  A +

Türkiyənin "Fənərbaxça" klubu "Benfika"nın ulduz futbolçusu Oskar Kardozoya "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, "sarı lacivərdli" komanda paraqvaylı futbolçunun transferi üçün 10 milyon avro təklif edib.

Lakin "Benfika" klubu Kardozonu 15 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Belədə "Fənərbaxça" Kardozonun transferi üçün 15 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, Kardozo ötən mövsüm "Benfika"nın heyətində 45 oyun keçirib və 32 qola imza atıb.


Son xəbərlər
topaz banner