Mourinyo "Qalatasaray"ın futbolçusunu istəyir

Mourinyo "Qalatasaray"ın futbolçusunu istəyir
XƏBƏR 4 İyun 2013 / 11:13 3309
-  A +

"Çelsi" klubunun yeni baş məşqçisi təyin olunan Joze Mourinyo ilk transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

Qol.Az-ın "NTVSpor"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis "Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyderi "Çelsi"yə gətirməyi planlaşdırır.

Mourinyo bu barədə "Çelsi" rəhbərliyinə məlumat verib. Hollandiyalı futbolçu da bu təklifi müsbət qarşılayıb. London klubu sərfəli təklif edəcəyi təqdirdə Sneyder yeni mövsümdən "Çelsi"də çıxış edəcək.

Qeyd edək ki, Sneyder qışda 7,5 milyon avro müqabilində "İnter" klubundan "QAlatasaray"a transfer edilmişdi.


Son xəbərlər
topaz banner