Blaşikovski daha beş il "Borussiya"da

Blaşikovski daha beş il "Borussiya"da
XƏBƏR 4 İyun 2013 / 01:20 1968
-  A +

Dortmundun "Borussiya" klubu futbolçusu Yakub Blaşikovski ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı oyunçu ilə  müqavilənin müddəti 2018-ci ilə qədər uzadılıb.

Sözləşmənin ardından fikirlərini bildirən polşalı yarımmüdafiəçi komandada daha beş il qalacağı üçün qürur hiss keçirdiyini deyib: "Yeni müqaviləm bitəcəyi zaman burada 10 il forma geymiş olacam . İndiki dövrdə futbolda bu qədər müddət eyni komandada qalmaq asan deyil".

Qeyd edək ki, 2007-ci ildə "Borussiya"ya transfer olunan Blaşikovski indiyə kimi iştirak etdiyi 207 matçda 29 qol və 47 qol ötürməsinə imza atıb.


Son xəbərlər
topaz banner