Mourinyo: "Çelsi"ni bir neçə dəqiqəyə seçdim"

Mourinyo: "Çelsi"ni bir neçə dəqiqəyə seçdim"
XƏBƏR 4 İyun 2013 / 00:46 2399
-  A +

"Çelsi" ilə dörd illik müqavilə imzalayan Joze Mourinyo sözləşmədən sonra azarkeşlərə səslənib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis azarkeşlərə komandanı əvvəlki günlərinə qaytaracağına dair söz verib.

"Aramızda heç bir fərq yoxdur. Mən də sizdən biriyəm. Karyeram ərzində "Çelsi" və "İnter"i daha istəklə sevdim. London klubunun mənim üçün ifadə etdiyi məna fərqlidir. 2004-ci ildə verdiyim sözləri təkrarlayıram" - deyə baş məşqçi bildirib.

Mourinyo həmçinin qeyd edib ki, "Çelsi"dən təklif gəldiyi zaman qərar vermək üçün sadəcə bir neçə dəqiqə düşünüb.

Qeyd edək ki, "Çelsi" iyunun 10-da Mourinyo üçün rəsmi imzalanma mərasimi təşkil edəcək. 

Son xəbərlər
topaz banner