"Falkaonun yerini necə dolduracağımızı bilmirik"

"Falkaonun yerini necə dolduracağımızı bilmirik"
XƏBƏR 4 İyun 2013 / 00:23 2246
-  A +

Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone futbolçusu Radamel Falkaonun "Monako"ya transferini dəyərləndirib.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, baş məşqçi kolumbiyalı hücumçunun komandadan ayrılmasının onlar üçün ciddi itki olduğunu deyib: "Radamelin komanda üçün etdikləri inanılmazdı. Onun yerini necə dolduracağımızı bilmirəm. Statistikalara baxdığımız zaman onun mükəmmək bir oyunçu olduğunu görə bilərik. Falkaonun etdiklərinin böyük bir hissəsini edə biləcək bir hücumçunun komandada olmasını çox istərdim".

Qeyd edək ki, Falkao "Monako" ilə beş illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner