“Yaxşı ki, “Barselona”nı seçdi"

“Yaxşı ki, “Barselona”nı seçdi"
XƏBƏR 3 İyun 2013 / 19:54 2962
-  A +

"Barselona"nın futbolçusu Andres İnyesta komanda yoldaşları Lionel Messi və Neymar haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi hər iki oyunçunun birlikdə yaxşı işlər görəcəklərini deyib: "Böyük futbolçular hər zaman bir-biriləri ilə yaxşı münasibətlər qururlar. Messi Neymarın, Neymar da Messinin daha da yaxşı oynamasına kömək edəcək".

İspan oyunçu həmçinin bildirib ki, "Barsa" braziliyalı hücumçunun transfer etməklə çox düzgün iş görüb: "Futbol komanda oyunudur. Neymarın “Barselona”ya böyük faydası olacaq. O, güclü futbolçudur. Yaxşı ki, Kataloniya klubunu seçdi".


Son xəbərlər
topaz banner