"Fənərbaxça" "Real"ın futbolçusunu alır

"Fənərbaxça" "Real"ın futbolçusunu alır
XƏBƏR 3 İyun 2013 / 19:16 4571
-  A +

"Real" (Madrid) klubunun transferə çıxardığı Fabio Koentrao karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Fənərbaxça" klubu portuqaliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

İstanbul təmsilçisi Koentraonun transferi üçün "Real"a 12 milyon avro təklif göndərib. Madrid klubunun prezidenti Florentina Perezin də bu təklifi müsbət qarşıladığı bildirilir. Lakin Koentra ilə "Milan" və "Çelsi" kimi klubların da yaxından maraqlanması "Fənərbaxça"nın işini çətinə salır.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2011-ci ildə 24 milyon avro müqabilində "Benfika"dan "Real"a transfer edilmişdi.


Son xəbərlər
topaz banner