Arşavin "Beşiktaş"a keçə bilər

Arşavin "Beşiktaş"a keçə bilər
XƏBƏR 3 İyun 2013 / 16:21 2048
-  A +

"Arsenal" klubundan ayrılacağı gözlənilən Andrey Arşavinə daha bir komanda "elçi" düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" klubu Arşavinlə yaxından maraqlanır.

İstanbul təmsilçisi artıq 32 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara start verib. "Qara qartal" Arşavinə ilinə 3 milyon avro təklif edib. Tərəflər razılığa gələcəyi təqdirdə rusiyalı futbolçu yeni mövsümdən "Beşiktaş"da çıxış edəcək.

Qeyd edək ki, 2009-cu ildən "Arsenal"da çıxış edən Arşavin keçirdiyi 144 oyunda 31 qola imza atıb. 


Son xəbərlər
topaz banner