"Simurq" daha üç futbolçu ilə gücləndi

"Simurq" daha üç futbolçu ilə gücləndi
XƏBƏR 3 İyun 2013 / 13:42 2267
-  A +

"Simurq" klubu transfer fəaliyyətini davam etdirir.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sarı-qaralar" ötən mövsüm "Turan"da forma geyinən Salif Ballo ilə iki illik müqavilə imzalayıb.

"Simurq" daha bir futbolçunun keçidini  rəsmiləşdirib. Ötən mövsümü AZAL-da keçirmiş Taqim Novruzov Zaqatala təmsilçisi  ilə 1+1 sistemi üzrə anlaşmaya imza atıb. Yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 8 nömrəli forma ilə mübarizə aparacaq.

Həmçinin "Simurq"  Rövşən Əmiraslanovla iki illik müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 9 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Rövşən Əmiraslanovun son klubu "Qəbələ" olub. Bundan qabaq isə "MOİK", "Masallı" və "İnter"də karyerasın davam etdirib. 


Son xəbərlər
topaz banner