"Zenit"in futbolçusu "Fənərbaxça" yolunda

"Zenit"in futbolçusu "Fənərbaxça" yolunda
XƏBƏR 3 İyun 2013 / 13:40 2555
-  A +

Türkiyənin "Fənərbaxça" klubu "Zenit"in futbolçusu Bruna Alveşin trasnferi üçün Rusiya təmsilçisinə rəsmi təklif göndərib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, "Fənərbaxça"nın 5 milyon avroluq və 2 milyon avro + Miloş Krasiç təklifinə Rusiya klubunun yaxın günlərdə cavab verəcəyi gözlənilir.

İstanbul klubu portuqaliyalı futbolçu ilə 3 illik müqavilə imzalamaq niyyətindədir. Alveşin bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Alveş "Fənərbaxça"da oynayacağı təqdirdə ilinə 2,5 milyon avro qazanacaq.


Son xəbərlər
topaz banner