"Anji" "Qalatasaray"ın hücumçusunu istəyir

"Anji" "Qalatasaray"ın hücumçusunu istəyir
XƏBƏR 3 İyun 2013 / 13:01 3102
-  A +

"Qalatasaray"ın hücumçusu Burak Yılmazı Rusiyanın "Anji" klubu transfer etmək istəyir.

Qol.Az-ın  Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunun üçün İstanbul klubuna 6 milyon avroluq təklif göndərilib. 

Buraka daha yaxşı təklif gəlməyəcəyi halda "Cim-Bom"un futbolçunu "Anji"yə satacağı istisna olunmur.

Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Çelsi, "Atletiko" (Madrid) və "Fiorentina"nın da maraqlandığı iddia edilir.


Son xəbərlər
topaz banner