Türkiyə Superliqasında yeni qaydalar

Türkiyə Superliqasında yeni qaydalar
XƏBƏR 3 İyun 2013 / 11:48 2522
-  A +

Superliqanın geridə qalan mövsümündə yaşıl meydanlarda baş verən xoşagəlməz hadisələrdən sonra Türkiyə Gənclər və İdman Nazirliyi bunun qarşısını almaq üçün tədbirlər görməyə hazırlaşır.

Qol.Az-ın Sporx.com-a istinadən verdiyi məlumata görə, nazirlik növbəti mövsümdən Superliqa matçlarının gündüz saatlarında oynanılması üçün çalışmalara başlayıb.

Bununla da, xüsusən derbi matçlarında baş verən hadisələrin minimum səviyyəyə endirilməsi planlaşdırılır.

Qeyd edək ki, futbolda şiddətin qarşısını almaq üçün yeni mövsümdən  həmçinin elektron biletlər və təhlükəsizlik kameralarından da istifadə olunacaq.


Son xəbərlər
topaz banner