Millimizin rəqibi qələbə qazandı

Millimizin rəqibi qələbə qazandı
XƏBƏR 3 İyun 2013 / 10:33 1517
-  A +

"DÇ-2014"ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsrail yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, Eli Qutmanın komandası Hondurasla qarşılaşıb.

ABŞ-ın Nyu-York ştatında keçirilən görüş 2:0 hesabı ilə İsrailin xeyrinə başa çatıb.

Qeyd edək ki, İsrail yığması seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da evdə millimizə qarşı keçirəcək.


Son xəbərlər
topaz banner