“Real” “Mançester Yunayted”i məğlub etdi

XƏBƏR 3 İyun 2013 / 00:31 3345
-  A +

İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klubunun əfsanəvi futbolçuları xeyriyyə matçında bir araya gəliblər.

Qol.Azın verdiyi məlumata görə, "Old Trafford"da keçirilən və 60 min azarkeşin izlədiyi qarşılaşmada Luiş Fiqo, Zinəddin Zidan, Duayt York, Ruud van Nistelroy kimi ötənlərin məşhur oyunçuları da forma geyinib.
 
Oyun "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "MY"dan Nistelroy, Madrid klubundan isə Moriyentes və Ruben de la Red fərqlənib.


Son xəbərlər
topaz banner