Riberi, Şvaynştayger və Lam

Riberi, Şvaynştayger və Lam
XƏBƏR 3 İyun 2013 / 00:27 2706
-  A +

"Bavariya"nın baş məşqçisi Yupp Haynkes dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına 2013-cü ildə layiq bildiyi futbolçuların adlarını açıqlayıb.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu mükafatı komandasının oyunçularından Frank Riberi, Bastian Şvaynştayger və Filipp Lamdan birinin layiq olduğunu deyib: "Mənə görə bu futbolçular "Qızıl top" üçün ən yaxşı namizədlərdir".

Qeyd edək ki, son dörd ildə "Qızıl top"u "Barselona"nın hücumçusu Lionel Messi alıb.


Son xəbərlər
topaz banner