Valdes: “Məni ən yaxşı o, əvəzləyə bilər"

Valdes: “Məni ən yaxşı o, əvəzləyə bilər"
XƏBƏR 2 İyun 2013 / 00:33 4244
-  A +

"Barselona"nın qapıçısı  Viktor Valdes onu əvəzləyə biləcək  qolkiperin adını açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan oyunçu "Liverpul"un qapıçısı Pepe Reynanın komanda üçün ən ideal namizəd olduğunu deyib: "Reyna dünya səviyyəli bir qolkiperdir. Onun göstərdiyi oyunu hər kəs görür. Mən gedəndən sonra klub üçün ən yaxşı namizəd odur".

Qeyd edək ki, 2014-ci ilin sonunda "Barsa" ilə müqaviləsi bitəcək Valdes sözləşməsini yeniləməyəcəyini deyib.


Son xəbərlər
topaz banner