“Real”dan ayrılmaq qərarını vermişəm”

“Real”dan ayrılmaq qərarını vermişəm”
XƏBƏR 2 İyun 2013 / 00:18 4644
-  A +

"Buradan getmək vaxtının olduğunu hiss edirəm. Dəyişikliyə ehtiyacım var. Buna görə də klubdan ayrılmaq qərarımı vermişəm. Özümü sübut edəcəyim bir yerə getmək istəyirəm".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın futbolçusu Qonzalo İquain La Liqanın son turunda "Osasuna" ilə matçdan (4:2) sonra deyib.

Argentinalı hücumçu bildirib ki, ona bir çox klubdan təkliflər gəlib: "Ümid edirəm ki, "Real" həm mənim, həm də klub üçün ən yaxşısını edər. "Real"a 12 milyon avroya gəlmişəm. Ancaq bundan da artığını kluba qazandıra bilərəm.

Qeyd edək ki, 2016-ci ilə qədər "Real"la müqaviləsi olan futbolçu ilə "Yuventus" yaxından maraqlanır.


Son xəbərlər
topaz banner