Riberi "Bavariya" ilə müqaviləni uzadır

Riberi "Bavariya" ilə müqaviləni uzadır
XƏBƏR 1 İyun 2013 / 18:22 1881
-  A +

Almaniyanın "Bavariya" klubunun futbolçusu Frank Riberi 2015-ci ilə qədər müqaviləsini uzadacaq.

Qol.Azın məlumatına görə, bu barədə klub prezidenti Karl Haynz Rumennige "Bild"ə açıqlamasında deyib: " Yeni müqavilənin imzalanması üçün Riberi ilə razılığa gəlmişik. O, altı ildir burada oynayır, gəldiyi gündən də özünü çox yaxşı tərəfdən göstərib. Riber və ailəsi Münhendə özlərini çox yaxşı hiss edir".

Qeyd edək ki, 2007-ci ildən "Bavariya" forması geyən yarımmüdafiəçi 2010-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilib.


Son xəbərlər
topaz banner