"Real"ı yox, “Barselona”nı seçməsinə məyus oldum”

"Real"ı yox, “Barselona”nı seçməsinə məyus oldum”
XƏBƏR 1 İyun 2013 / 12:02 3739
-  A +

"Real"ın futbolçusu Marselo "Barselona"nın transfer etdiyi Neymar haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,o, braziliyalı hücumçunun "Real"ı yox, “Barselona”nı seçməsindən məyus olduğunu deyib: "Madrid klubuna gəlməsini çox istərdim. Ancaq yenə də onun adına sevindim. Karyerasında böyük bir addım atdı".

26 yaşlı müdafiəçi qeyd edib ki, Neymarla milli komanda yoldaşı olmalarına baxmayaraq, "El Klassiko"da meydanda əsl mübarizə aparacaqlar: "Bu oyunlarda yaşanacaq gərginliklər bizim dostluğumuza təsir etməyəcək. Matç bitdiyi zaman meydanda olanları unudub, bir-birimizi qucaqlayacağıq".

 


Son xəbərlər
topaz banner