Mourinyonun vida mesajı

 Mourinyonun vida mesajı
XƏBƏR 1 İyun 2013 / 11:54 3156
-  A +

Bu gün La Liqada "Osasuna" ilə matçdan sonra "Real"dan ayrılacaq baş məşqçi Joze Mourinyo klubuna vida mesajı göndərib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında portuqaliyalı mütəxəssis deyib: "Real"da hər kəsə xoşbəxtlik arzu edirəm. Bir çox azarkeşin mənə olan dəstəyinə görə, onlara təşəkkürümü bildirirəm. Məni tənqid edənləri isə hörmətlə qarşılayıram. Təkrar hər kəsə xoşbətlik və can sağlığı azrulayıram. İrəli Madrid!".

Qeyd edək ki, 2010-ci ildən “Real”da işləyən Mourinyonun bu komandada ən böyük uğuru 2011-2012 mövsümündə qazandığı İspaniya çempionluğu olub.


Son xəbərlər
topaz banner