"Porto" II Qəbələ kubokunun qalibi oldu (YENİLƏNİB)

 "Porto"  II Qəbələ kubokunun qalibi oldu (YENİLƏNİB)
XƏBƏR 1 İyun 2013 / 20:02 4436
-  A +

Bu gün II Qəbələ kuboku turnirinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, birinci yer uğrunda "Porto" və "Feyonord" qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesabı ilə bitdiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən "Porto" 4:2 hesabı ilə qalib gələrək II Qəbələ kuboku turnirinin qalibi olub. Üçüncü yer uğrunda "Şaxtyor" və "Barselon" üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə üstələyərək, bürünc medalı qazanıb. Beşinci yer üçün "Bakı" və "Beşiktaş" qarşılaşıb. Oyun 3:1 hesabı ilə Türkiyə təmsilçisin xeyrinə başa çatıb. "Bakı" turniri altıncı pillədə bitirib.  "Qəbələ"  isə "Zenit"lə oyund penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək, turniri yeddinci yerdə başa vurub.




1 iyun


Birinci yer

18:30. "Porto" - "Feyonord" - 2:2  (penaltilər seriyası - 4:1)

Üçüncü yer

15:00. "Şaxtyor" - "Barselona" - 0:2

Beşinci yer

10:00. "Bakı" -"Beşiktaş" -1:3


Yeddinci yer

10:00. "Qəbələ" - "Zenit" - 1:1 (penaltiler seriyası - 4:2)









Son xəbərlər
topaz banner