Radamel Falkao rəsmən "Monako"da

Radamel Falkao rəsmən "Monako"da
XƏBƏR 1 İyun 2013 / 00:22 4472
-  A +

Fransanın "Monako" klubu Madrid "Atletiko"sunun futbolçusu Radamel Falkao ilə rəsmi müqavilə imzalayıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, müqavilənin müddəti beş ildir. Bu transfer üçün Fransa klubu "Atletiko"ya 60 milyon avro ödəyib.

Müqavilədən sonra açıqlama verən klub prezidenti Dmitri Rubolovlev bildirib ki, bu transferi reallaşdırdıqları üçün qürur hiss keçirirlər: "Dünyanın ən yaxşı klublarından birinin futbolçusunu heyətimizə qatdığımız üçün sevinirəm. Falkao bizim yenidən keçmiş günlərimizə qayıtmağımıza çox böyük kömək olacaq".


Qeyd edək ki, bundan əvvəl "Monako" "Portu"dan Moutinyo və Rodrigers, "Real"dan isə Karvalyonu komandaya rəsmən transfer edib.


Son xəbərlər
topaz banner