"Real" "Santyaqo Bernabeu" üçün sponsor axtarır

"Real" "Santyaqo Bernabeu" üçün sponsor axtarır
XƏBƏR 31 May 2013 / 17:40 3329
-  A +

Madridin "Real" klubu  "Santyaqo Bernabeu" stadionu üçün sponsor axtarır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yeni sponsorla klub stadionu daha da böyütmək, orada otel və aliş-veriş mərkəzi  tikməyi planlaşdırır. Bununla da, Madrid klubu gəlirlərini artırmaq istəyir. Sponsor olarsa, "Santyaqo Bernabeu"nun qarşısında sponsor şirkətin adı da yazılacaq.


Qeyd edək ki, "Real" "Santyaqo Bernabeu"dan hər il bilet satışları, muzey və turist səyahətlərinə görə 170 milyon avro qazanır.


Son xəbərlər
topaz banner