Balotellinin adı növbəti qalmaqalda

Balotellinin adı növbəti qalmaqalda
XƏBƏR 31 May 2013 / 13:13 2360
-  A +

“Milan”ın hücumçusu Mario Balotelli növbəti dəfə qalmaqalla üzləşib. Qol.Az-ın məlumatlına görə, İtaliyanın bəzi KİV-ləri futbolçunu narkotika satmaqda ittiham edib.

Məsələyə münasibət bildirən İtaliya millisinin oyunçusu isə “La Gazzetta dello Sport”a narkotika satmadığını söyləyib.

“Mən narkotikaya nifrət edirəm. Haqqımda yayılan xəbərlər yalandır. Əlbəttə, başa düşürəm, çoxları məni sevmir. Amma məsələni daha bu həddə çatdırmaq olmaz. Bu, yolverilməzdir” – deyə M.Balotelli bildirib.


Son xəbərlər
topaz banner