"Monako"dan Tevez və Valdes xəbərlərinə rəsmi münasibət

"Monako"dan Tevez və Valdes xəbərlərinə rəsmi münasibət
XƏBƏR 31 May 2013 / 12:46 2459
-  A +

"Monako" "Mançester Siti"nin futbolçusu Karlos Tevez və "Barselona"nın qapıçısı Viktor Valdeslə razılığa gəlmələri ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Qol.Az-ın "RMC Sport"a istinadən verdiyi məlumata görə, klubun idarə heyətinin rəhbəri Vadim Vasilyev bu oyunçularla danışıqlar aparmadıqlarını deyib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Teves bizim heç zaman gündəmimizdə olmayıb. Öz qapıçımızdan isə razıyıq".

Vasilyev həmçinin bildirib ki, yaxın günlərdə Valdes üçün danışıqlara başlayacaqlar.


Son xəbərlər
topaz banner