“Ronaldonu bir milyard avroya da satmaram”

“Ronaldonu bir milyard avroya da satmaram”
XƏBƏR 30 May 2013 / 15:13 3095
-  A +

“Real”ın prezidenti Florentino Peres futbolçuları Kriştiano Ronaldonu komandada saxlamaq istədiklərini deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, portuqaliyalı hücumçu ilə müqaviləni yeniləmək üçün əlindən gələni edəcək.

“Onun müqavilısinin müddətinin bitməsinə hələ iki il var. O, dünyanın ən yaxşı futbolçusudur” - deyən F.Peres Ronaldonu hətta bir milyard avroya da satmayacaqlarını vurğulayıb: “Mən istəyirəm ki, Ronaldo karyerasını məhz “Real”da başa vursun”.


Son xəbərlər
topaz banner