Yohan Kroyf: “Vilanova "Barselona"dan getməlidir”

Yohan Kroyf: “Vilanova "Barselona"dan getməlidir”
XƏBƏR 30 May 2013 / 13:42 2276
-  A +

"Tito Vilanova "Barselona"dan getməlidir. Onun ağır vaxtda məşqçilik etməsi çox çətindir. Belə bir vaxtda "Barselona" kimi klubu yaxşı çalışdırması necə mümkün ola bilər?"

Qol.Az-ın məlumatına görə, bu sözləri dünya futbolunun hollandiyalı əfsanələrindən olmuş Yohan Kroyf "Kataloniya radiosuna müsahibəsində deyib.

"Barselona"nın sabiq baş məşqçisi bildirib ki, hazırkı vəziyyətdə Vilanova yalnız özünü düşünməlidir: "Tito səhhətinə fikir verməlidir. O, Qvardiola qədər təcrübəli və güclü deyil. Səhhətində böyük problemi var və bunları yoluna qoymaq daha vacibdir”.

Qeyd edək ki, T.Vilanovanın qulaqaltı vəzində xərçəng xəstəliyi aşkarlanıb. Bir müddətdir o, bununla bağlı müalicə olunur.

"Real" baş məşqçisi Joze Mourinyonun Madrid klubunda ayrılmasına da münasibət bildirən Kroyf portuqaliyalı mütəxəssisin komandaya xeyirdən çox ziyan gətirdiyini deyib.


Son xəbərlər
topaz banner