Totti: "Real"a transfer olunsaydım..."

Totti: "Real"a transfer olunsaydım..."
XƏBƏR 30 May 2013 / 00:25 2991
-  A +

"Əgər 2004-cü ildə "Real" (Madrid) klubuna transfer olunsaydım, 3 dəfə Çempionlar Liqasını və iki dəfə "Qızıl top" mükafatını qazanardım". 

Qol.Az-ın məlumatına görə, bunu "Roma" klubunun kapitanı Françesko Totti deyib.

"France Football"a danışan təcrübəli futbolçu "Roma"da qaldığına görə peşman olmadığını bildirib: "Roma"da qaldığım üçün peşman deyiləm. Bu klubun əsas parçasıyam. Ancaq 2-3 dəfə İtaliya A Seriyası çempionluğu yaşasaydım, pis olmazdı".

Qeyd edək ki, karyerasını "Roma" klubuna həsr edən Totti bu komandanın heyətində 535 oyun keçirib və 227 qola imza atıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner