Parlayan ulduz "Real"a gedəcəkmi?

Parlayan ulduz "Real"a gedəcəkmi?
XƏBƏR 29 May 2013 / 15:04 4366
-  A +

"Tottenhem"in futbolçusu Qaret Beylin meneceri Conathan Barnett uelsli hücumçunun "Real"a gedib-getməyəcəyi haqqında açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan menecer bildirib ki, Florentino Peresin Beyl ilə maraqlanmasından qürur hissi keçirirlər: " Ancaq aramızda hansısa danışıqlar olmayıb. Beylin hazırda "Tottenhem"lə müqaviləsi davam edir. İndiyə kimi də ingilis klubundan başqa digər klublarla danışıqlarımız olmayıb".

Barnatt həmçinin bildirib ki, uelsi hücumçunun "Tottenhem"lə yeni müqaviləsi bağlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.


Son xəbərlər
topaz banner