Hafiz Məmmədov “Neftçi”ni təbrik etdi

Hafiz Məmmədov “Neftçi”ni təbrik etdi
XƏBƏR 29 May 2013 / 00:59 2517
-  A +

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov “Neftçi”ni Azərbaycan kubokunu qazanması münasibəti ilə təbrik edib.

Qol.Az saytının müxbiri ilə söhbətində H.Məmmədov paytaxt təmsilçisinin öncəki mövsüm də Azərbaycan çempionu adını qazandığını xatırladaraq komandanın doğru yolda olduğunu söyləyib.

“Sadıq Sadıqovun “Neftçi”yə prezidenti vəzifəsinə seçilməsindən sonra komandada müsbət dəyişikliklər aşkar görsənir. “Neftçi”nin dalbadal üç dəfə Azərbaycan çempionu olması, Avroliqanın qrupuna düşməsi, bu il dubl etməsi komandanın doğru yolda olduğunun göstəricisidir” – deyə o qeyd edib.


Son xəbərlər
topaz banner