Premyer Liqamızda oynayan legionerlər dövlət himnimizi oxudular

XƏBƏR 28 May 2013 / 20:16 2071
-  A +

Azərbaycan kubokunun bu gün keçirilən final oyununda əvvəl möhtəşəm açılış mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, açılış mərasiminin diqqətçəkən məqamlarından biri ölkəmizin dövlət himninin səslənməsi zamanı olub.

Əvvəlcədən hazırlanmış videoçarx Respublika stadionunun tablosunda görünüb. Çarda Premyer Liqamızda oynayan legioner futbolçular dövlət himnimizi oxuyub.

Himni oxuyanlar Manuel Varea, Georgi Adamiya, Brus Abdullaye, Taner Taktak, Junior Nildo, Zohair Benouahi, Antonio Rukavina, Sissoko, Marius Pena, Nikolas Kanales, Flavinyo, Admir Teli, Adrian Pit, Manuel Skarlatake, David Pietrzkieviç, Yannik Kamanan və Assis Rodriges olub.


Son xəbərlər
topaz banner