"Ronaldo hələ uzun illər "Real"da olacaq"

"Ronaldo hələ uzun illər "Real"da olacaq"
XƏBƏR 28 May 2013 / 18:00 2840
-  A +

"Ronaldo bu yaz mənə İspaniyada xoşbəxt olmadığını söylədi. Mən də onun burda xoşbəxt olması üçün nə lazımdırsa, edəcəyimizi dedim. Ronaldo hələ uzun illər "Real"ın aparıcı üzvü olacaq. O, dünyanın ən yaxşı oyunçusudur və karyerasını "Real"da davam etdirəcək".

Qol. Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın prezidenti Florentino Peres deyib

"Barselona"nın transfer etdiyi Neymar haqqında da danışan klub prezidenti qeyd edib ki, braziliyalı hücumçunu transfer etmək istəməyiblər: "İstəsəydik, onu alardıq. Amma bu komandada olan sabitliyi alt-üst edəcək trasnfer olardı". 


Son xəbərlər
topaz banner