Tomas Müller: “Qızıl top”un bu dəfə Messiyə verilməsi doğru olmaz”

Tomas Müller: “Qızıl top”un bu dəfə Messiyə verilməsi doğru olmaz”
XƏBƏR 28 May 2013 / 12:15 2934
-  A +

“2013-cü il üçün dünyanın ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"u “Bavariya”nın oyunçularından biri almalıdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Münhen klubunun oyunçusu Tomas Müllür "Bild" qəzetinə açıqlamasında deyib. Onun fikrincə, mükafatın bu dəfə də Lionel Messiyə verilməsi düzgün olmaz: "Çünki komanda yoldaşlarımdan bir çoxu bu mükafatı almağa daha çox layiqdir. İnanıram ki, belə də olacaq".

Qeyd edək ki, “Qızıl top”u ən son qazanan alman futbolçu 1996-ci ildə Dortmund "Borussiya"sının formasını geyən Mattias Zammer olub.


Son xəbərlər
topaz banner