“Real”ın prezidenti: “Mourinyoya qarşı qiyam olmayıb”

“Real”ın prezidenti: “Mourinyoya qarşı qiyam olmayıb”
XƏBƏR 28 May 2013 / 11:53 2060
-  A +

Madridin “Real” kubunun prezidenti Florentino Perez komandanın futbolçularının baş məşqçi Joze Mourinyo ilə münasibətlərinin gərgin olması haqda xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, oyunçular tərəfindən məşqçiyə qarşı heç bir qiyam olmayıb: “Bütün futbolçular mənə dedilər ki, Mourinyo dünyanın ən yaxşı məşqçisi olub. Əlbəttə, iş zamanı hansısa problem yarana bilər. Amma komandada daxilində hansısa parçalanma olmayıb”.

F.Perez həmçinin bidirib ki, vaxtından əvvəl istefaya göndəriləcək Mourinyoya təzminat ödənilməyəcək: “Bununla bağlı biz razılığa gəlmişik”.

Xatlrladaq ki, Joze Mourinyo “Real”ı bu mövsümün sonu tərk edəcək.


Son xəbərlər
topaz banner