“Bavariya”dan Robbenlə bağlı mühüm açıqlama

“Bavariya”dan Robbenlə bağlı mühüm açıqlama
XƏBƏR 27 May 2013 / 18:23 4110
-  A +

"Bavariya" futbolçusu Aryen Robbenin növbəti mövsümdə komandada qalıb-qalmayacağı ilə bağlı rəsmi açıqlama verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, klubun idman direktoru Matias Zammer bildirib ki, hollandiyalı hücumçunu satmaq niyyətləri yoxdur: "Robbenin bizimlə hələ daha iki illik müqaviləsi var. O, növbəti mövsümdə də "Bavariya"nın futbolçusu olaraq qalacaq".

Qeyd edək ki, Münhen təmsilçisini yeni mövsümdən çalışdıracaq Pep Qvardiolanın Robbeni komandada görmək istəmədiyi iddia edilirdi.


Son xəbərlər
topaz banner