“Real” Joze Mourinyoya qarşı

“Real” Joze Mourinyoya qarşı
XƏBƏR 27 May 2013 / 17:56 3723
-  A +

Mövsümün sonunda "Real"dan ayrılacaq baş məşqçi Joze Mourinyo “Çelsi”də işləyəcəyi təqdirdə sabiq komandası ilə qarşılaşa bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə,  Amerikada təşkil olunacaq Beynəlxalq Çempionlar Kubokunda "Çelsi" və "Real"ın iştirakı dəqiqləşib. Bu səbəbdən turnirə maraq da artıb.

Qeyd edək ki, 27 iyul- 8 avqust tarixində keçiriləcək turnirdə bu iki komandadan başqa, "Everton", "Milan", "İnter", "Yuventus", "Valensiya" "Los Anceles Qalaksi" klubları da iştirak edəcək.

 


Son xəbərlər
topaz banner