“Barselona”dan rekord, “Real”dan antirekord

“Barselona”dan rekord, “Real”dan antirekord
XƏBƏR 27 May 2013 / 16:49 3707
-  A +

“Barselona” İspaniya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, bu, son turda kataloniyalıların “Espanyol” üzərindəki qələbəsi (2:0) və “Real”ın Sosyedad “Real”ı ilə bərəbərə (3:3) qaldığı oyunlardan sonra baş verib.

Nəticədə liderlə (“Barselona”) ikinci yerdə qərarlaşan komanda (Madrid “Real”ı) arasındakı xal fərqi 15-ə çatıb ki, bu da La Liqanın keçirildiyi bütün dövrlər ərzində rekord göstəricidir.

Bundan başqa, “Barsa” sonuncu – 38-ci turda qalib gəlsə, “Real”ın 2011/12 mövsümündəki rekordunu təkrarlaya bilər. Kataloniya komandası “Malaqa”nı məğlub edəcəyi təqdirdə cari mövsümü 100 xalla başa vuracaq. Eyni xalı ötən mövsüm “Real” da yığmışdı.


Son xəbərlər
topaz banner