Neymar: “Barsa” mənim xəyalım idi”

Neymar: “Barsa” mənim xəyalım idi”
XƏBƏR 27 May 2013 / 15:40 3414
-  A +

 “Santos”dan "Barselona"ya transfer olunan Neymar yeni klubu haqda danışıb.

 Qol.Az-ın məlumatına görə, Kataloniya klubunun rəsmi saytına açıqlamasında braziliyalı hücumçu deyib ki, "Barsa"da oynamaq hər zaman onun xəyalı olub: "Bunun reallaşdığı üçün Allaha şükür edirəm. Messi, Xavi, İnyesta kimi futbolçularla yanyana oynamaq qürurvericidir. Sanki yuxudayam. İndidən yeni klubumu düşünürəm".

 21 yaşlı futbolçu gələcəkdə yenidən keçmiş komandasında oynamaq ehtimallarının olduğunu da qeyd edib: "Santos"un qapısı üzümə hər zaman açıqdır. Ümid edirəm ki, bir gün yenidən həmin klubunun formasını geyinəcəyəm".


Son xəbərlər
topaz banner